"Real"ın futbolçusu Kərim Benzema qeyri-müəyyən müddətə Fransa millisinə çağırılmayacaq.
Qaziler.az bildirir ki, Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret məlumat verib.Buna Benzemanın komanda yoldaşı Matye Valbueni şantaj etməsi səbəb olub.
"Benzemanın milliyə çağırılması mümkünsüzdür. Bu, mənim qərarımdır. Bu barədə baş məşqçisi Didye Deşama bildirmişəm" - deyə qurum prezidenti bildirib.