Ronaldunun boykotuna baş məşqçi də qoşulacaq

Ronaldunun boykotuna baş məşqçi də qoşulacaq backend

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqanın bu gün keçiriləcək "Əl-İttihad"la matçında oynamayacaq.

Oxu.Az "Arriyadiah"a istinadən xəbər veirr ki, klub və liqa nümayəndələri portuqaliyalı futbolçunu matçları boykot etməyi dayandırmağa razı sala bilməyiblər.

Üstəlik, gözlənilir ki, komandanın baş məşqçisi Jorji Jezuş da ona qoşulacaq. O, mətbuat konfranslarında iştirak etməyəcək.

Xatırladaq ki, Ronaldu daha əvvəl Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu digər rəqiblərlə, xüsusən "Əl-Hilal"la müqayisədə necə idarə etməsindən narazılığını ifadə etmişdi.