Ronaldo karyerasında 960-cı qolunu vurub

Ronaldo karyerasında 960-cı qolunu vurub backend

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo karyerasının 960-cı qolunu vurub.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Premyer Liqasının 17-ci turunda Damakla oyunun 50-ci dəqiqəsində Joau Feliksin ötürməsindən qol vurub. Matç “Əl-Nəsr”in 2-1 hesablı qələbəsi ilə başa çatıb və Ronaldonun qolu qələbə qolu olub.

Səudiyyə Ərəbistanı Liqasında oynanılan 16 oyundan sonra “Əl-Nəsr”in 37 xalı olub və turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.

QAZİLER.AZ