Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) "Qalatasaray"ı 1.320.000, "Fənərbaxça"nı isə 330.000 türk lirəsi məbləğində cərimələyib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, FF-nin saytında yer alan açıqlamaya görə, İntizam Komitəsi azarkeşlərinin törətdiyi meydan hadisələrinə görə "Qalatasaray"ı 220.000 türk lirəsi, kubok mərasimində iştirak etmədiyinə görə isə əlavə 1.100.000 Türk Lirəsi cərimə edib.
İntizam Komitəsi həmçinin eyni matç zamanı azarkeşlərinin törətdiyi meydan hadisələrinə görə "Fənərbaxça"nı 330.000 Türk Lirəsi cərimə edib.
Komitə rəqib oyunçuya qarşı zorakılıq hərəkətinə görə "Alagöz Holding"in oyunçusu Canni Brunonu 3 oyunluq cəzalandırıb və 40.000 Türk Lirəsi cərimə edib. Özbelsan Sivasspor komandasında oynayan Özkan Yiğiter də rəqib oyunçuya qarşı ciddi qayda pozuntusuna görə 2 oyunluq cəza alıb.
QAZİLER.AZ



