Şahmat tarixində ən çox mükafat qazanan qrosmeysterlərin siyahısı tərtib edilib.
Oxu.Az xəbər verir ki, siyahını Chess.com portalı paylaşıb.
Şahmat üzrə sabiq dünya çempionu Maqnus Karlsen ən çox mükafat qazanan şahmatçı olub. O, indiyədək 12 milyon 232 min 249 dollar mükafat əldə edib.
Azərbaycanlı qrosmeysterlərdən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da bu siyahıda yer alıblar.
Məmmədyarovun karyerası boyunca topladığı ümumi mükafat məbləği 1 milyon 781 min 988 dollardır. Rəcəbovun isə ümumi karyera qazancı 1 milyon 117 min 290 dollar təşkil edir. Bütün dövrlər üzrə Məmmədyarov ümumi mükafat qazancı sıralamasında 21-ci, Rəcəbov isə 28-ci yerdə qərarlaşıblar.
Qeyd edək ki, siyahı 2025-ci ilin dekabrın 31-nə olan nəticələr əsasında hazırlanıb.



