Argentinalı futbolçunun üzü iflic olub

Argentinalı futbolçunun üzü iflic olub backend

Meksikanın “Monterrey” klubunun argentinalı yarımmüdafiəçi Lukas Okamposun üzünün sol tərəfi iflic olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Gamereactor” məlumat yayıb.

 Nəşr qeyd edib ki, oyunçunun vəziyyətinə virus infeksiyasından sonrakı ağırlaşmalar səbəb olub.

Həkimlər 31 yaşlı Okamposa bir həftəlik istirahət verməyi və bundan sonra təkrar müayinədən keçməyi tövsiyə ediblər.

Okampos 2024-cü ildə “Monterrey” klubuna qoşulub və bu mövsüm 21 oyunda meydana çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib. Onun karyerasına Avropa Liqasını qazandığı “Marsel”, “Cenoa”, “Milan” və “Sevilla” da daxil olmaqla Avropa klublarında çıxışlar daxil olub. Okampos həmçinin Argentina millisinə də dəvət alıb.

QAZİLER.AZ