Azərbaycan çempionatlarında yeni rekord: Bir oyunda 14 qol vuruldu

Azərbaycan çempionatlarında yeni rekord:  Bir oyunda 14 qol vuruldu backend

Azərbaycanın futbol üzrə II Liqasında "Qaradağ Lökbatan" klubu rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, çempionatın XIV turunda "Araz Saatlı"nın qonağı olan "Qaradağ Lökbatan" klubu meydan sahiblərinin qapısından 13 top keçirib. Qarşılaşma "Qaradağ Lökbatan"ın 13:1 hesablı qələbəsi ilə başa çatıb.

Ölkəmiqyaslı yarışlarda bir komandanın 12 top fərqi ilə qalib gəlməsi sonuncu dəfə bu mövsümün II turunda baş verib. "Araz Saatlı"nın qonağı olan "Sheki City" meydan sahiblərinin qapısından 12 cavabsız top keçirib.