İtaliyanın “İnter” klubunun hücumçusu Mauro İkardi silahlı hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, Milanın mərkəzində ulduz futbolçuya motosikletlə yaxınlaşan iki şəxs ondan pul istəyib. Lakin argentinalı hücumçu onların tələbini yerinə yetirməyib.İkardinin polisə verdiyi məlumata görə, silahlı şəxslər onun qolunda olan bahalı “Hublot” markalı saatı oğurlayaraq qaçıblar.