FİFA ilin ən yaxşı futbolçusunu seçib

FİFA ilin ən yaxşı futbolçusunu seçib backend

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2025-ci ilin ən yaxşı oyunçusunu seçib.

Qaziler.az bildirir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Mükafat PSJ və Fransa millisinin hücumçu yarımmüdafiəçisi Usman Dembeleyə verilib.

"O, klubun ilk dəfə UEFA Çempionlar Liqası titulunu qazanmasında əsas fiqurlardan biri olub, qələbə qazandıqları Avropa mövsümündə səkkiz qol vurub və altı məhsuldar ötürmə edib", - FİFA bildirib.

PSJ-nin baş məşqçisi Luis Enrike ilin ən yaxşı məşqçisi seçilib. Onun rəhbərliyi altında parislilər beş titul qazanıblar.

QAZİLER.AZ