131 qol vuran qapıçı futbolla vidalaşdı

131 qol vuran qapıçı futbolla vidalaşdı backend

Əfsanəvi qapıçı Rojerio Seni karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, dünyanın ən məhsuldar qolkiperi bu addımı 42 yaşında atıb. Karyerası boyu “San-Paulu” klubunda 131 qola imza atan Seni xeyli əvvəldən mövsümün sonunda karyerasını bitirəcəyini elan etmişdi. Bu üzdən dünən “Qoyas”a qarşı keçirilən oyunun onun üçün sonuncu olacağı bəlli idi. Rojerio komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxmayıb.

Qeyd edək ki, karyerasına 1992-ci ildə başlayan qapıçı çıxış etdiyi komandalarla ümumilikdə 20 mükafat qazanıb. 2008-ci ildə ölkəsinin ən yaxşı futbolçusu seçilən Seni Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu, 1997-ci ildə Konfederasiyalar kubokunun qalibi adını qazanıb.

Diaspora