Real Madridin hücumçusu Kilian Mbappe rəsmi olaraq Avropa Assosiasiyaları Birliyinin (UEFA) Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
Fransalı hücumçu komandasının dörd qolunun hamısını "Olimpiakos" üzərində 4-3 hesablı qələbə qazandıqları oyunda vurub. Mbappe yarış tarixində üçüncü ən sürətli het-triki edib. Beş oyundan sonra doqquz qol vuraraq Çempionlar Liqasının qol vurma yarışına liderlik edib.
QAZİLER.AZ



