Portuqaliya millisinin və “Əl-Nasr” futbol komandasının hücumçusu Kriştiano Ronaldo WOWfc döyüş şirkətinin ortaq sahibi olub.
Qaziler.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat verib.
"Biz eyni dəyərləri bölüşürük. Bu layihənin bir hissəsi olmaqdan qürur duyuram. Bu, idmanın inkişafına kömək edir və gələcək nəslə ilham verir", - futbolçu bildirib.
Şirkətin ikinci ortaq sahibi məğlubedilməz “Ultimate Fighting Championship”in (UFC) yüngül çəkili çempionu İliya Topuriyadır.
QAZİLER.AZ



