Özbəkistanlı şahmatçı Dünya Kubokunun ən gənc qalibi oldu

Özbəkistanlı şahmatçı Dünya Kubokunun ən gənc qalibi oldu backend

Özbəkistanlı şahmatçı Cavohir Sindarov Dünya Kubokunun qalibi olub.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hindistanın Qoa kurortunda keçirilən turnir 26 noyabrda başa çatıb.

19 yaşlı Sindarov Dünya Kubokunun ən gənc qalibi olub. Bu titulun əvvəlki sahibi 23 yaşında turnirin qalibi olan Polşalı Yan-Kşistof Duda (2021) olub.

Özbəkistanlı idmançı 26 yaşlı çinli Vey İni tay-brekdə məğlub edib. "Sport-Express"in məlumatına görə, hər iki idmançı 2026-cı il Namizədlər Turnirinə vəsiqə qazanıb.

Sindarov qələbəsinə görə 120.000 dollar, Vey İ isə 85.000 dollar qazanıb.

QAZİLER.AZ