"Liverpul" kimi bir komandaya qalib gəlmək üçün planlaşdırdığımız hər şeyi etməli idik və bunu da bacardıq. Səfərdə uduzduğumuz matçda yaxşı müdafiə olunsaq da, hücumlarda pis təsir bağışlamışdıq. Bu gün isə yaxşı oynadıq".
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç Avropa Liqasının 1/16 finalında "Liverpul"a penaltilər seriyasında (5:4) qalib gəldikləri matçdan sonra deyib."İkinci hissədə oyuna nəzarət bizdə idi. Qarşılaşmanın son dəqiqələrində matçın taleyini həll edə bilərdik. Futbolçularım qorxmadan oynadılar. Turnirin favoritini məğlub etdik" - deyə o bildirib.
S.Biliç 1/8 finalın püşkün "Everton"la düşəcəkləri təqdirdə, təəccüblənib-təəccüblənməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb:
"Bu, bizim üçün sürpriz olmayacaq. Amma üç dəfə İngiltərə klubları ilə düşmüşük, artıq yetər".