40 yaşlı Portuqaliya millisinin və “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştiano Ronaldonun bioloji yaşı 28-dir.
Qaziler.az xəbər verir ki, bu barədə “Whoop”un “X” sosial şəbəkəsində paylaşım edilib.
Futbolçunun özü artıq nəşrə cavab verib.
"Məlumatlar yalan danışmır", - portuqaliyalı futbolçu yazıb.
Qeyd edək ki, noyabrın 23-də Ronaldo Səudiyyə Ərəbistanı liqa matçında karyerasının 954-cü qolunu vurub.
QAZİLER.AZ



