Qazaxıstandan olan boksçu Sultanbek Aybarulı Dünya Kubokunun finalında qızıl medal qazanıb.
Qazaxıstan boks komandası Hindistanın Dehli şəhərində keçirilən Dünya Kubokunun final mərhələsində qızıl medal qazanıb.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" Qazaxıstan Milli Olimpiya Komitəsinə istinadən məlumat verir.
85 kiloqram çəki dərəcəsində yarışan Sultanbek Aybarulı boks üzrə Dünya Kubokunun final mərhələsində qızıl medal qazandı.
Finalda qazaxıstanlı özbəkistanlı Jasurbek Yoldoşevi məğlub edib.
Qeyd etmək lazımdır ki, Nurbek Mursal (70 kiloqram çəki dərəcəsində) ikinci yeri tutmuşdu.
QAZİLER.AZ



