Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” oyununu idarə edəcək hakimlər bəlli olub.
Trend xəbər verur ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi vəzifəsi Sebastyan Gishamerə tapşırılacaq.
Qeyd edək ki, oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.



