Türkiyə millisinin futbolçusu Arda Gülər "Real Madrid" forması ilə göstərdiyi performansla oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
İspaniya millisində məşqçi Xabi Alonsonun rəhbərliyi altında forma qrafiki getdikcə yaxşılaşan və komandasının qol vurmasına əhəmiyyətli töhfələr verən 20 yaşlı Arda Güler azarkeşlərin səsverməsində ayın ən yaxşı futbolçusu mükafatının sahibi olub.
Bu mövsüm paytaxt komandasının keçirdiyi bütün yarışlarda 13 oyunda iştirak edən Türkiyə milli komandasının oyunçusu üç qol vurub.
Arda Güler həmçinin UEFA Çempionlar Liqasında "Real Madrid"in 1-0 hesablı qələbəsi ilə başa çatan "Yuventus"la oyununda "matçın oyunçusu" seçilib.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
