Finlandiya rus xizəkçiləri ölkəsinə qoymayacaq

Finlandiya rus xizəkçiləri ölkəsinə qoymayacaq backend

Finlandiya Xizək Assosiasiyasının prezidenti Sirpa Korkatti bəyan edib ki, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) idmançıların yarışlara geri dönməsinə icazə versə belə, rusiyalı xizəkçilərin ölkədə yarışmasına icazə verilməyəcək.

Qaziler.az bildirir ki, onun sözlərini “Helsingin Sanomat” sitat gətirib.

Korkatti giriş qadağası səbəbindən Rusiya idmançılarının Rukada keçiriləcək Dünya Kubokunda iştirak edə bilməyəcəklərini vurğulayıb.

"Rusların Rukada işi yoxdur", - deyə xanım Sirpa əlavə edib.

Beynəlxalq Xizək və Snoubord Federasiyasının qərarı ilə rusiyalı xizəkçilər 2022-ci ilin mart ayından beynəlxalq yarışlardan kənarlaşdırılıb. O vaxtdan bəri federasiya ruslara qarşı sanksiyaları iki dəfə uzadıb. Rusiyalı xizəkçilərin 2026-cı ildə Milanda və Kortina d'Ampezzoda keçiriləcək Olimpiya Oyunlarına buraxılmasının mümkünlüyü hazırda müzakirə olunur. Bu məsələ ilə bağlı yekun qərar FIS İcraiyyə Komitəsinin oktyabrın 21-də keçiriləcək iclasında elan olunacaq.

QAZİLER.AZ