“Qəbələ“ “Qarabağ“la oyuna itkilərlə yollandı

“Qəbələ“ “Qarabağ“la oyuna itkilərlə yollandı backend

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Qəbələ” doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yollanıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub. “Qırmızı-qaralar” qarşılaşma öncəsi son məşqinə sabah “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq.

Komanda Bakıya iki itki ilə - zədəlilər Ruslan Əmircanov və Rəşad Sadiqovsuz yollanıb.

Azərbaycan milli komandasının düşərgəsində Antalya toplanışına qatılmış Elvin Camalov, Cavid Hüseynov və Ruslan Abışov bu gün komandaya qoşulacaq. Onlar sabahkı məşqdə komandayla birlikdə hazırlaşacaq.

Qeyd edək ki, fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:00-da başlayacaq.
Diaspora