İsrailin gimnastlarının dünya çempionatında iştirakı ilə bağlı müraciəti rədd edildi

İsrailin gimnastlarının dünya çempionatında iştirakı ilə bağlı müraciəti  rədd edildi backend

İdman Arbitraj Məhkəməsi (CAS) İsrail Gimnastika Federasiyasının (IGF) milli komandanın gimnastlarını 2025-ci ildə İndoneziyada keçiriləcək dünya çempionatından kənarlaşdırmaq qərarına qarşı iki apellyasiya şikayətini rədd edib.

Qaziler.az bildirir ki, bu barədə məlumat CAS-ın rəsmi saytında dərc olunub.

İsrail komandası əvvəlcə 2025-ci ildə keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında iştirak etmək üçün qeydiyyatdan keçmiş komandalar arasında olub. 2025-ci ilin iyulunda IGF İndoneziya tərəfinin İsrail idmançılarının İndoneziyaya girişi ilə bağlı təminat verdiyini elan etdi.

Lakin daha sonra İndoneziya hökuməti İsrail nümayəndə heyətinin Dünya çempionatına getməsinə mane olaraq onlara viza verməkdən imtina etmək qərarına gəldi. Daha sonra İsrail tərəfi CAS-a iki dəfə müraciət etsə də, hər iki cəhd rədd edildi.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 21-dən 27-dək Cakartada keçiriləcək. İsrail millisi dünya çempionatından kənarda qalmasını təhlükəli presedent adlandırıb.

QAZİLER.AZ