Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.
Trend xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü medal qazanıb.
Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Hüseyn Allahyarov (-60 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş medala sahib olublar. Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) isə bürünc medal qazanıblar.
Milli komandamız Açıq Asiya Turnirində 25 cüdoçu ilə təmsil olunur.