İndoneziya İsrail gimnastlarına viza verməkdən imtina edib

İndoneziya İsrail gimnastlarına viza verməkdən  imtina edib backend

İndoneziya hakimiyyət orqanları bədii gimnastika üzrə dünya çempionatında iştirak etməyi planlaşdıran israilli idmançılara rəsmi olaraq viza verməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, İndoneziyanın ədliyyə və immiqrasiya naziri Yusril İhza sözügedən qərarı sosial media vasitəsilə açıqlayıb.

Turnirin 2025-ci il oktyabrın 19-dan 25-dək Cakartada keçirilməsi planlaşdırılır.Yusril İhza qeyd edib ki, bu qərar İsrail və Fələstin arasında mövcud hərbi münaqişə ilə bağlıdır.

"Hökumət Cakartada idman gimnastikası üzrə dünya çempionatında iştirak etməyi planlaşdıran israilli idmançılara viza verməyəcək. Bu qərar İndoneziyanın Fələstinin müstəqilliyinə verdiyi dəstəyə görədir", - Yusril İhza Mahendra bildirib.

Eyni zamanda Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarus idmançılarının neytral idmançı kimi iştirakını təsdiqləyib. Bu, Rusiya gimnastlarının 2022-ci ildə yarışlardan kənarlaşdırıldıqdan sonra ilk beynəlxalq yarışı olacaq.

QAZİLER.AZ