Mavritaniya prezidenti futbol matçını yarımçıq dayandırıb

Mavritaniya prezidenti futbol matçını yarımçıq dayandırıb backend

Futbol üzrə Mavritaniya Super Kubokunun finalında indiyə kimi görünməmiş hadisə baş verib. AZƏRTAC “Bleacher Report” saytına istinadla xəbər verir ki, ölkə prezidenti Məhəmməd Əbdül Əziz "Tevraq-Zeyna" və "Ksar" komandaları arasında keçirilən oyunu 63-cü dəqiqədə dayandırıb.

Matçı tribunadan izləyən Mavritaniya dövlət rəhbəri hesab edib ki, 1:1 hesabı ilə davam edən Super Kubok oyunu çox darıxdırıcı məcrada keçır. O, bu səbəbdən komandalara birbaşa on bir metrlik cərimə zərbələrini yerinə yetirməyə göstəriş verib.

Nəticədə "Tevraq-Zeyna" penaltilərin öhtəsindən daha dəqiq gəlməklə kuboka sahib çıxıb.
Diaspora