Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq

Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq backend

III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, bağlanış mərasiminin keçiriləcəyi 8 oktyabr tarixində Gəncə şəhərinin Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi, Atatürk prospekti, Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.

12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.

Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.

Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.