Futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. AZƏRTAC xəbər verir ki, Tino Peresin yetirmələri ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma ilə qarşılaşıb.
Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında keçirən millimiz bu görüşdə böyük hesabla qalib gəlib – 10:1.Yığmamızın üç üzvü - Edu, Auqusto və Rafael matçda dubla imza atıb. Vitali Borisov, Amadeu, Andre de Kampos və Ramiz Çovdarov hərəyə 1 dəfə fərqlənib.