"Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar" - Nazir

"Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar" - Nazir backend

Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil Naziri Emin Əmrullayev 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.

O, AFFA-nın gördüyü işi yüksək qiymətləndirib:

"Bu qədər sevinən uşağı sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram. Bu qədər uşağın bura toplaşması, sözün əsl mənasında futbola sevginin bariz nümunəsidir. Fürsətdən istifadə edib AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, belə təşəbbüslə çıxış edir. Bu, uşaqların yaddaşında yaxşı xatirə kimi qalacaq".