Ronaldo onunla şəkil çəkdirmək istəyən fanatını itələyib - VİDEO

Ronaldo onunla şəkil çəkdirmək istəyən fanatını itələyib - VİDEO backend

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo şəkil çəkdirmək üçün forvardın yanına keçməyə çalışan azarkeşi itələyib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Hadisə portuqaliyalı futbolçuların DÇ-2026-nın seçmə mərhələsinin Ermənistan millisi ilə oyunundan əvvəl qaldıqları İrəvandakı otellərdən birində baş verib. Azarkeşlərdən biri portuqaliyalı futbolçu ilə şəkil çəkdirmək üçün onun yanına qaçıb. Buna cavab olaraq Ronaldo fanatı itələyib, mühafizəçilər isə digər azarkeşlərin yolunu kəsib.

Qeyd edək ki, sentyabrın 6-da Portuqaliya və Ermənistan milliləri qarşılaşacaq.Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

QAZİLER.AZ