Ayağı amputasiya olunan "Dakar" rallisinin çempionu yarışlara qayıdır

Ayağı amputasiya olunan "Dakar" rallisinin çempionu yarışlara qayıdır backend

“Dakar” rallisinin beşqat çempionu Matye Bomel ayağı kəsildikdən yeddi ay sonra yarışa qayıdacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “DirtFish” məlumat yayıb.

Sürət yarışçısı sentyabrın 11-də Portuqaliyada yarışacaq.

 “Mən hələ də sol ayağımı məşq etməyə davam etməliyəm və protezin bəzi təkmilləşdirmələrə ehtiyacı var. Amma indi yarışa buraxılmaq üçün bütün lazımi sənədlərim var, - Bomel qeyd edib.

O, yanvar ayında Fransada avtomobil tərəfindən vurularaq ağır yaralanmışdı. Ayağı amputasiya edildikdən və komadan ayıldıqdan sonra yarış sürücüsü reabilitasiyadan keçib və iyulda ilk dəfə sükan arxasına qayıdıb. Bomel 2026-cı ildə “Dakar”a qayıtmaq niyyətini də açıqlayıb. O, qısa yarışlarda iştirak etməklə yenidən formada olmasına kömək edəcəyinə inanır.

QAZİLER.AZ