Gürcüstan millisinin və Rumıniyanın “Universitatya Krayova” klubunun yarımmüdafiəçisi Anzor Mekvabişvili səxavətli təklifə baxmayaraq, Kazan “Rubin”inə keçməkdən qəti şəkildə imtina edib.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" xəbər verir.
"Avropa futbolu, xüsusən də indiki vəziyyəti nəzərə alsaq, xalq və ölkə üçün çox vacibdir. Təbii ki, mən bu addımı ata bilməzdim... Gələcəyimi Avropa ilə bağlamaq istəyirəm", - Mekvabişvili cümə axşamı "La Gazzetta Georgia" qəzetinə deyib.
Nəşrin məlumatına görə, "Rubin" bu transfer üçün 2,2 milyon avro təklif edib və futbolçuya ildə 600 min avro ödəməyə hazırdı. Lakin 24 yaşlı futbolçu sərfəli müqavilədən imtina edərək karyerasını Avropada davam etdirməyə üstünlük verib.
QAZİLER.AZ