DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi seçmə mərhələyə başlayır

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi seçmə mərhələyə başlayır backend

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində daha 12 oyun keçiriləcək.

Trend xəbər verir ki, Azərbaycan milli komandası da mübarizəyə start verəcək. Fernandu Santuşun rəhbərlik etdiyi yığma D qrupunun ilk oyununda İslandiyanın qonağı olacaq. Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Günün digər oyunlarında isə aşağıdakı qarşılaşmalar baş tutacaq:

Saat 22:45, Ukrayna – Fransa
Saat 22:45, Sloveniya – İsveç
Saat 22:45, İsveçrə – Kosovo
Saat 22:45, Danimarka – Şotlandiya
Saat 22:45, Yunanıstan – Belarus
Saat 22:45, İtaliya – Estoniya
Saat 22:45, Moldova – İsrail
Saat 22:45, Farer adaları - Xorvatiya
Saat 22:45, Monteneqro - Çexiya