Döyüş sambosu ilk dəfə olaraq 2025-ci ildə Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarının proqramına daxil edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, bu idman növü Birmingemdə keçirilən əvvəlki Oyunlarla müqayisədə yenilikdir.
“Çenqduda sambo güclü bir sıçrayış etdi! Biz qələbələrin və görkəmli şəxsi şücaətlərin təsirli coğrafiyasını gördük”, - BSF prezidenti Vasili Şestakov deyib.
Yarışda 26 ölkədən idmançılar iştirak edib və cəmi 11-i medal qazana bilib. Dünya Oyunları 1981-ci ildən Olimpiya proqramına daxil olmayan idman növləri üzrə keçirilir. Əvvəllər sambo 1985 və 1993-cü illərdə yalnız yarışlarda təmsil olunurdu. Hazırkı Oyunlar BOK-un himayəsi altında avqustun 7-dən 17-dək keçirilir.
QAZİLER.AZ