UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edib.
Apa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə meydan sahibləri rəqiblərini 5:1 hesabı ilə darmadağın edib.
Bununla da, "Köhlən atlar" Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
