Ronaldonun Corcinaya hədiyyə etdiyi nişan üzüyünün qiyməti məlum olub

Ronaldonun Corcinaya hədiyyə etdiyi nişan üzüyünün qiyməti məlum olub backend

“Əl-Nasr” futbol klubunun hücumçusu Kriştianu Ronaldo ispan sevgilisi Corcina Rodrigesə kiçik daşlarla əhatə olunmuş 30 karat ağırlığında böyük brilyantla bəzədilmiş nişan üzüyü hədiyyə edib.

Qaziler.az bildirir ki, bu barədə “Elle” nəşri məlumat yayıb.

Zərgərlik mütəxəssislərinə istinadən nəşr qeyd edib ki, bu cür zinət əşyalarının dəyəri on milyonlarla dolları keçə bilər.

Məqalədə deyilir ki, brilyantların ölçüsü və keyfiyyəti, eləcə də sənətkarlıq qabiliyyəti nəzərə alınarsa, üzüyün qiyməti on milyonlarla dollar ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, oval, armudvari və markiz kimi bəzəkli kəsilmiş brilyantlar dünya miqyasında getdikcə populyarlaşır. Bu da keçmiş dövrün üslublarına qayıdışdan xəbər verir. Rodriges üçün üzüyü dəqiq kimin hazırladığı hələ  məlum deyil.

Qeyd edək ki, 2016-cı ildən birlikdə olduğu, bu birlikdəlikdən iki qız övladı dünyaya gələn Ronaldo avqustun 11-də ispan sevgilisinə evlilik təklif edib.

QAZİLER.AZ