Azərbaycan şahmatçıları BƏƏ-də beynəlxalq turnirdə işitrak edəcəklər

Azərbaycan şahmatçıları BƏƏ-də beynəlxalq turnirdə işitrak edəcəklər backend

BƏƏ-də ümumi mükafat fondu 125 min dollar olan “Fujairah Global 2025” beynəlxalq şahmat turniri təşkil olunacaq.

Trend-in məlumatına görə, “Superstars” kateqoriyasında Azərbaycan şahmatçıları Aydın Süleymanlı və Məhəmməd Muradlı mübarizə aparacaqlar.

“Masters” yarışında Read Səmədov, Xaqan Əhməd və Şiroğlan Talıbov, “Open” kateqoriyasında isə Lalə Hüseynova, Məhəmməd Bağırov və Yaşar Şirinov qüvvələrini sınayacaqlar.

Avqustun 25-də start götürəcək yarış sentyabrın 1-də yekunlaşacaq.