Ronaldo “Qızıl top”u saxta mükafat adlandırıb

Ronaldo “Qızıl top”u saxta mükafat adlandırıb backend

Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Qızıl top”u əsl mükafat hesab etmədiyini etiraf edib.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini “Sport TV” sitat gətirib.

Mükafatla bağlı suala Ronaldo "Bu, saxtadır", - deyə cavab verib.

Ronaldo karyerası ərzində 5 dəfə “Qızıl top” mükafatını qazanıb. Bu göstəricidə o, 8 belə mükafatı olan argentinalı hücumçu Lionel Messidən geri qalır.

2024-cü ilin noyabrında “Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri 1485 mümkün xaldan 1170 xal toplayaraq “Qızıl top”u qazanıb.

Qeyd edək ki, “Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. “Qızıl top”un ilk mükafatlandırma mərasimi 1956-cı ildə baş tutub.Əvvəlcə “Qızıl top” yalnız avropalı futbolçulara verilirdisə, 1995-ci ildə Avropa klubunda çıxış etmək şərti ilə onu istənilən millətdən olan futbolçuya vermək mümkün olub. 2007-ci ildən bəri “Qızıl top”u dünyanın istənilən peşəkar futbolçusu ala bilər.

QAZİLER.AZ