"İmişli" braziliyalı futbolçu transfer edib.
Klubdan "Report"a verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Luiz Fernando Silvestr Junior ilə 2 illik müqavilə imzalayıb.
Juninyo adı ilə tanınan futbolçu 2025/2026 mövsümündə "İmişli"nin şərəfini qoruyacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
