Rusiyalı fanatlar “Beşiktaş”la oyunda Türkiyəni hədələdi

Rusiyalı fanatlar “Beşiktaş”la oyunda Türkiyəni hədələdi backend

Rusiyanın Su-24 hərbi təyyarəsinin Türkiyə F-16-sı tərəfindən vurulması ətrafındakı ajiotaj iki ölkə arasında gərginlik mənbəyi olaraq qalır. Bu gərginlik özünü ən müxtəlif formalarda göstərir.


Saratov şəhərinin “Avtodor” basketbol klubunun İstanbulun “Beşiktaş” klubu ilə Rusiyada keçirilən görüşündə gərgin anlar yaşanıb.

Belə ki, “Avtodor”un azarkeşləri oyun zamanı arenada üstündə rus və türk dillərində “Satqınlar” sözü yazılmış böyük banner asıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Avtodor” klubunun rəsmi saytında da məlumat yerləşdirilib.

Saratov klubunun azarkeşləri bannerlə yanaşı üzərində bu şüarlar olan plakatlar da qaldırıblar: “Biz bunu nə unutmayacaq, nə də sizə bağışlamayacağıq!”, “Neft insan həyatından bahadırmı?”, “Türkiyə hökuməti buna görə cavab verəcək”.
Diaspora