“Fənərbaxça” futbol klubunun hücumçusu Robin van Persi qış transferində komandasını dəyişmək niyyətində deyil. AZƏRTAC “AS” idman portalına istinadla xəbər verir ki, bir müddət əvvəl mətbuatda “Çelsi” və “Barselona” klublarının hollandiyalı forvardla maraqlanması barədə xəbərlər yer almışdı. Van Persi isə yayılan şayiələri təkzib edib:
“Mətbuatda “Çelsi” və “Barselona”ya keçməyim haqda söhbətlər dolaşır. Açıq deyə bilərəm ki, təklif almamışam. Hazırda karyeramı “Fənərbaxça”ya həsr etmək istəyirəm”.
Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm Türkiyə Super Liqasında oynadığı 19 matçda 9 qol vurub.