Sumqayıtda veloyürüş keçirilib

Sumqayıtda veloyürüş keçirilib backend

“Sağlam Düşüncə” Gənclər Təşkilatı (SDGT) “Təbiət Dostları” Gənclər Təşkilatı ilə birgə Sumqayıt şəhərində “Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyası çərçivəsində veloyürüş keçirib.

SDGT-dən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan veloyürüşə Bakı və Sumqayıtdan 70-dən çox həvəskar velosipedçi qatılıb. Yürüş iştirakçıları şəhərin mərkəzi küçələrindən keçməklə 15 kilometrlik yol qət ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən kampaniyanın əsas məqsədi əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək, gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyətin formalaşdırılmasıdır.
Diaspora