Ronaldo "Əl-Nasr" klubu ilə müqaviləni uzadacaq

Ronaldo "Əl-Nasr" klubu ilə müqaviləni uzadacaq backend

Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı futbolçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu ilə tezliklə yeni müqavilə imzalayacaq.

Bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Paylaşımda deyilir ki, tərəflər yeni razılaşmanın yekun detallarını müzakirə edirlər. Onlar arasında 1+1 formatında (bir il əsas, bir il opsional) razılaşmanın əldə ediləcəyi gözlənilir.

Ronaldonun 40 yaşı var, o, 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Portuqaliyalı 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi, Avropa Çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Ronaldo rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.

Diaspora