Qadın şahmatçılarımız çempionata yekun vurdular

Qadın şahmatçılarımız çempionata yekun vurdular backend

Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 20 zəka sahibinin qatıldığı yarışın qalibi adını Zeynəb Məmmədyarova qazanıb.

QAZİLƏR.AZ saytının APA-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin lideri 9 turun yekununa əsasən 7 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb. Çempionatda ikinci yeri Nərmin Kazımova tutub. O, ilk “üçlüyü” qapayan Nərmin Məmmədova kimi 6 xal toplasa da, əlavə göstəricilərdə rəqibindən üstün olub.
Qeyd edək ki, 2014-cü ildə keçirilən ölkə çempionatının mükafatçıları bu dəfə zəif oyunları ilə diqqət çəkiblər. Çempion Xəyalə Abdulla 7-ci, ikinci yerin sahibi Gülnar Məmmədova (hər ikisi 5,5) 9-cu və bürünc medalçı Aytən Əmrayeva 10-cu (4,5 xal) pilləni tutub.
Diaspora