Moldovada keçirilməli olan kikboksinq üzrə Avropa çempionatı rusiyalı idmançıların diskvalifikasiyası səbəbindən ləğv edilib.
Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiya Kikboksinq Federasiyasının baş katibi Vladimir Filatov “Match TV”yə şərhində bildirib.
"Avropa çempionatı ləğv edildi, yalnız yeniyetmələr arasında yarışlar keçiriləcək, lakin bu, artıq Avropa çempionatı statusuna malik olmayacaq", - Filatov deyib.
İyunun 21-də məlum olub ki, Ümumdünya Kikboksinq Federasiyası Rusiya Kikboksinq Federasiyasının yarışlara buraxılmaması barədə məlumat verib.
QAZİLER.AZ