Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcək turniri üçün Bakıda səfərdə olan tanınmış MMA idmançıları Merab Dvalışvilii və Belal Məhəmməd azarkeşlərlə görüşüblər.
"Report"un məlumatına görə, tədbir yarışın keçiriləcəyi Bakı Kristal Zalında baş tutub.
Gürcüstandan və ABŞ-dən olan döyüşçülər fanatların suallarını cavablandırıblar.
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.
