Formula 1 üzrə 2026-cı il dünya çempionatının təqvimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.
Azərbaycan Qran-Prisi sentyabrın 25-27-də təşkil olunacaq.
Mövsümə martın 6-8-də keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 4-6-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində gerçəkləşəcək.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
 
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
