Ronaldo əkcə əfsanə deyil, həm də xarakterdir - Fazil Mustafa

Ronaldo əkcə əfsanə deyil, həm də xarakterdir -  Fazil Mustafa backend

İyunun 8-də “Millətlər liqası” çərçivəsində oyunlar baş tutub.Sosial şəbəkələrdə geniş müzakirə olunan oyunlara müxtəlif şərhlər gəlib.

Qaziler.az xəbər verir ki, deputat Fazil Mustafa da şəxsi feysbuk səhifəsində əfsanəvi futbolçu Kriştianu Ronaldu haqqında fikirlərini paylaşıb. Həmin yazını təqdim edirik:

"Kriştianu Ronaldo təkcə əfsanə deyil, həm də xarakterdir. Mən ona ayrıca bir intizam ritualı kimi baxıram. O, təbii tərbiyəyə sahibdir. O sevincdə də, kədərdə də həddini aşmır. Öz sevincinin başqası üçün həsədə, öz kədərinin başqası üçün acıya çevrilməsinə yol vermir. Sahədə öz funksiyasını dəyişən şəraitə görə özü təyin edir və sonadək yerinə yetirməyə çalışır. Dünən qazanılan kubok bəlkə də sonunculardandır, ancaq bu adam hansısa formada futbolda qalmalıdır. Hər halda ən uyğunu məşqçi kimi qalmaqdır. Futbolda zərafəti qorumaq üçün bu zəruridir. Gəlmiş-keçmiş ən güclü futbolçu barədə müzakirələr açırlar, məncə Ronaldo gəlmiş-keçmiş ən zəruri futbolçudur. Onu izləyən, ona bənzəməyə çalışan hər hansı uşaq böyük futbolçu olmasa belə, hər zaman ədəbli insan olacaqdır!"

QAZİLER.AZ

Diaspora