Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində "Tottenhem" klubu öz meydanında "Vest Hem"i qəbul edib. ANS PRESS-in məlumatına görə, oyun "Uayt Hart Leyn" stadionunda baş tutub. Matça gəlincə, oyunda hesab 23-cü dəqiqədə meydan sahibləri tərəfindən açılıb. Hari Keyn rəqibi məyus edib. Buraxılmış qoldan 10 dəqiqə sonra "Vest Hem"li futbolçular yenə topu qapılarında görüblər. Tobi Alderveyreld Kristian Eriksenin künc zərbəsindən sonra havalandırdığı topu başla tora qovuşdurub. 50-ci dəqiqədə Hari Keyn yenə özündən söz edib. Ancaq bu da oyunda vurulan son qol olmayıb. Beləki, 83-cü dəqiqədə Kayl Uoker hesab arasındaki fərqi 4-ə yüksəldib. "Vest Hem"in isə yalnız təsəlli qola gücü çatıb. 87-ci dəqiqədə Lansini komandasının yeganə qoluna imza atıb.
Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "Tottenhem" klubu 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.26 noyabr tarixində isə "Tottenhem" Avropa Liqasının 5-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunun start fiti saat 22:00-da səslənəcək.