Azərbaycan və Ermənistan yığma komandaları heç-heçə oynadı

Azərbaycan və Ermənistan yığma komandaları heç-heçə oynadı backend

İslandiyanın paytaxtı Reykyavikdə davam edən şahmat üzrə komandalararası Avropa çempionatının 7-ci turu keçirilib. Apasport.az saytının məlumatına görə, həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımız növbəti oyunlarına çıxıblar.


Aleksandr Xalifmanın kapitanlıq etdiyi kişilərdən ibarət yığmamız Latviya ilə qarşılaşıb. Teymur Rəcəbovun məğlub olduğu matçda, Rauf Məmmədov və Arkadi Naydiç heç-heçə oynayıb. Yığmanın lideri Şəhriyar Məmmədyarov qalib gələrək millimizi məğlubiyyətdən xilas edib.

Fikrət Sideyifzadənin qadınlardan ibarət komandası isə Ermənistanla oynayıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Avropa çempionatı
20 noyabr

Kişilər

Latviya – Azərbaycan - 2:2
Aleksey Şirov – Şəhriyar Məmmədyarov - 0:1
İqor Kovalenko – Teymur Rəcəbov - 1:0
Arturs Neksans – Arkadi Naydiç - 0.5:0.5
Toms Kantans – Rauf Məmmədov - 0.5:0.5


Qadınlar

Ermənistan – Azərbaycan - 2:2
Elina Danielyan – Zeynəb Məmmədyarova - 0:1
Lilit Mkrtçan – Gülnar Məmmədova - 1:0
Lilit Qaloyan – Nərmin Kazımova - 0.5:0.5
Mariya Kursova – Ülviyyə Fətəliyeva - 0.5:0.5
Diaspora