Çad FİFA reytinqində Azərbaycanı qabaqlayacaq

Çad FİFA reytinqində Azərbaycanı qabaqlayacaq backend

FİFA dekabrın 3-də milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, bundan 13 gün əvvəl təxmini cədvəl tərtib olunub. Azərbaycan yığması bu siyahıda 115-ci pillədə qalıb.

Bu isə o deməkdi ki, Moldova ilə noyabrın 17-də keçirilən yoxlama oyununda 2:1 hesabı ilə qalib gələn millimizin mövqeyi dəyişməyib. Düzdü, son cədvəldə 293 xalı olan millimiz hesabını 3 xal artırıb. Amma bu, komandamızın mövqeyinə fayda verməyib.

Yığmamız 4 komandanı - Malavi, Efiopiya, Sent-Kitts və Nevis, Burundini keçsə də, əvəzində Çad, Mozambik, Keniya, Qırğızıstandan geri düşüb.

Millimiz və “qonşuları”

110 (96). Ruanda - 303
111 (110). Mərkəzi Afrika Respublikası - 302
112 (136). Çad - 301
113 (112). Aruba - 298
114 (104). Mavritaniya - 297
115 (105). AZƏRBAYCAN – 296
116 (121). Syerra-Leone - 295
117 (121). Türkmənistan - 294
118 (97). Malavi – 290
119 (101). Sent-Kitts və Nevis – 289
120 (111). Gürcüsran - 286

Dünyanın ən güclü 10 komandasının tərkibində isə dəyişiklik olmayıb. Lakin planetin ən yaxşıları öz aralarında yerdəyişmələr edib. Son dünya çempionu Almaniya 2 pillə aşağı yuvarlanıbsa, İspaniya 3 addım irəliləyib. Argentina ilə Braziliyada yüksəlişə nail olanlardandı. Kolumbiya ilə Portuqaliya isə geriləyib.

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (3). Argentina – 1455
3 (6). İspaniya - 1370
4 (2). Almaniya – 1347
5 (5). Çili – 1273
6 (8). Braziliya – 1251
7 (4). Portuqaliya – 1219
8 (7). Kolumbiya – 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərin hamısı geriləyib. Çexiya 9, Norveç 8, Almaniya ilə San-Marino 2, Şimali İrlandiya isə 1 pillə aşağı enib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (2). Almaniya – 1347
26 (17). Çexiya - 860
30 (29). Şimali İrlandiya - 825
54 (46). Norveç - 591
198 (196). San-Marino - 28

Qeyd edək ki, qonşu Türkiyə yığması 933 xalla 3 pillə geriləyərək, 21-ci yerə düşüb.
Diaspora