Keçmiş boksçu, boks üzrə dördqat Rusiya çempionu Aleksandr Şkalikovun qardaşı Andrey Şkalikov idmançının ölüm səbəbini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
O bildirib ki, bir neçə il əvvəl boksçu qəza keçirib, bundan sonra səhhətində ciddi problemlər yaranıb.
"O, trepanasiya oldu, sonra müalicəsi yanlış getdi. Əlil idi və çox narahat idi. O, Kopeyskdə müalicə aldığı internat məktəbində idi. Həkimlər dərhal dedilər ki, o, uzun müddət yaşamayacaq", - Şkalikov bildirib.
Boksçunun ölüm xəbəri mayın 20-də yayılıb.İdmançının 54 yaşı var idi.
QAZİLER.AZ